Türkiyədə koronavirusa yoluxan azərbaycanlı vəfat etdi

Türkiyədə koronavirusa yoluxan azərbaycanlı vəfat etdi
Oxunma sayı: 3084

Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib.

"Qafqazinfo" "AzərTAc"a istinadən xəbər verir ki, virusa yoluxan 52 yaşlı Sadəgül Xudiyeva xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Ailəsindən verilən məlumata görə, əvvəlcə evdə müalicə alan həmvətənimiz sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. O xəstəxanada vəfat edib.

Ölkəmizin Türkiyədəki səfirliyi faktı təsdiqləyib və ailəyə yardım göstəriləcəyi bildirilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi