"Türkiyədə 6 nəfər azərbaycanlı Covid-19-a yoluxub".
“Qafqazinfo” xəbər verir ki, bunu “Real Tv”yə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, koronavirusa yoluxan həmyerlilərimiz 20-50 yaş aralığındadır:
“Hazırda səfirlikdə 6 nəfərlə bağlı məlumat var. Onlarda Covid-19 virusu aşkarlanıb. Demək olar, əksəriyyəti evə buraxılıb. Yalnız 1 nəfər xəstəxanadadır. Onun da vəziyyəti qənaətbəxşdir. Xəstələr arasında ən yaşlısının 50 yaşı var. Pasiyentlərdə xüsusi simptomlar olmayıb”.
Son xəbərlər
Son Xəbərlər