Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı

turkiyede-koronavirusa-yoluxan-polislerin-sayi-aciqlandi
Oxunma sayı: 4355

Türkiyədə 20-dək polis koronavirusa yoluxub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, indiyədək virusa yoluxan polis əməkdaşlarından sağalanlar da var.

Qeyd edək ki, Türkiyədə Covid-19-dan 131 nəfər ölüb, 9 min 217 nəfər isə virus daşıyıcısıdır.