Türkiyədə koronavirusa yoluxanların sayı artdı

turkiyede-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1441

Türkiyədə son sutka ərzində koronavirusdan 193 nəfər dünyasını dəyişib, 6903 simptomatik olmaqla 32736 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 14,509-a, yoluxanların sayı isə 527,070-ə çatıb.

Ümumilikdə 19 milyondan çox insan test olunub.