Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Türkiyədə koronavirusa yoluxanların sayı artdı
Oxunma sayı: 1030

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sutka ərzində 75 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 123 min 734 koronavirus testi aparılıb, onlardan 9 min 107-si müsbət çıxıb.

Ağır xəstə sayı 1185-dir. 5 min 546 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 534 min 996-ya çatıb.