Türkiyədə koronavirusa yoluxanların sayı artdı

turkiyede-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2287

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 153 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 220 min 985 koronavirus testi aparılıb, onlardan 29 min 081-i müsbət çıxıb.

Ağır xəstə sayı 1810-dur.

20 min 208 nəfər koronavirus müalicəsini tamamlayıb və sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 921 min 037-yə çatıb.