Türkiyədə koronavirusa yoluxanların sayı artdı

turkiyede-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1395

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 63 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 224 min 198 COVID-19 testi aparılıb ki, bunun da 16 min 809-u müsbət çıxıb. Eyni zamanda, 5 min 585 xəstə sağalıb.