Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artdı

turkiyede-koronavirusa-yoluxanlarin-ve-olenlerin-sayi-artdi
Oxunma sayı: 1241

Türkiyədə son sutka ərzində koronavirusdan 72 (dünən 65) nəfər dünyasını dəyişib, 1767 (dünən 1 692) nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 711-ə, yoluxanların sayı isə 308 069-a yüksəlib.

Son 24 saat ərzində 1027 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 270 723-ə çatıb.