Türkiyədə koronavirusa yoluxma 8 minə düşdü

turkiyede-koronavirusa-yoluxma-8-mine-dusdu
Oxunma sayı: 1730

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 231 nəfər koronavirusun qurbanı olub.

216 min 658 COVID-19 testi aparılıb ki, bunun da 8 min 697-si müsbət çıxıb.

Ağır xəstə sayı 1876-dır.

14 min 472 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 5 milyon 13 min 111-ə çatıb.