Türkiyədə koronavirusa yoluxma sayı kəskin azaldı

turkiyede-koronavirusa-yoluxma-sayi-keskin-azaldi
Oxunma sayı: 2223

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 282 nəfər koronavirusun qurbanı olub.

213 min 863 COVID-19 testi aparılıb ki, bunun da 13 min 604-ü müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 983-dür.

26 min 953 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 743 min 871-ə çatıb.