Türkiyədə koronavirusa yoluxmada yeni rekord

turkiyede-koronavirusa-yoluxmada-yeni-rekord
Oxunma sayı: 2177

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 154 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 225 min 511 koronavirus testi aparılıb, onun 32 min 404-ü müsbət çıxıb. Bu, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı son qərardan sonra ən böyük rəqəmdir.

Ağır xəstə sayı 1998-dir.

Sutkada 18 min 15 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 975 min 108-ə çatıb.