Türkiyədə koronavirusa yoluxmada yeni rekord

turkiyede-koronavirusa-yoluxmada-yeni-rekord
Oxunma sayı: 1645

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 279 nəfər pandemiyanın qurbanı olub.

Sutkada 310 min 420 koronavirus testi aparılıb ki, bunlardan 62 min 797-si müsbət çıxıb.

Aktiv xəstə sayı 2 min 802-dir.

Bu gün 55 min 413 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 480 min 146-ya çatıb.