Türkiyədə son sutka ərzində 93 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bununla da ölənlərin ümumi sayı 3174 olub. 2615 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb.
Covid-19 xəstələrinin sayı bununla da 120 min 204-ə yüksəlib. 4846 xəstə bu gün evə buraxılıb.
Virusa qalib gələnlər ölkə üzrə 48 min 886 nəfərdir.

Son xəbərlər
Son Xəbərlər