Türkiyədə koronavirusdan ölənlərin sayı 108-ə çatdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-108-e-catdi
Oxunma sayı: 1978

Türkiyədə koronavirusdan ölənlərin sayı 108-ə çatıb .

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. Nazirin sözlərinə görə, ötən sutka ərzində daha 16 nəfər koronavirusdan dünyasını dəyişib.

Bundan başqa, Türkiyədə koronavirusa yoluxanların sayında da artım olub. Sutka ərzində 1 705 nəfərdə koronavirus aşkarlanıb. Bununla da aktiv xəstələrin sayı 7 402-yə çatıb.