Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü keçdi

turkiyede-koronavirusdan-olenlerin-sayi-200-u-kecdi
Oxunma sayı: 2520

Türkiyədə son sutka ərzində koronavirusdan daha 46 nəfər ölüb.

"Qafqazinfo" xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Gün ərzində 15 442 test aparılıb, onlardan 2 704-nün nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 13 531, ölənlərin sayı isə 214-dür.