Türkiyədə koronavirusdan ölənlərin sayı 574 oldu

turkiyede-koronavirusdan-olenlerin-sayi-574-oldu
Oxunma sayı: 1540

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə yüksəlib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Qocanın məlumatına görə, bu gün ölkədə 73 nəfər dünyasını dəyişib.

20 mindən çox test edilib. Virusa ümumi yoluxma sayı 27 min 69-dur. 1000-dən çox xəstə isə sağalıb.