Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü keçdi

turkiyede-koronavirusdan-olenlerin-sayi-900-u-kecdi
Oxunma sayı: 1309

Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü keçib.

“Qafqazinfo” xəbər verir ki, son 24 saat ərzində Covid-19-dan daha 96 nəfər dünyasını dəyişib. Bununla da Türkiyədə virusdan ölənlərin sayı 908 olub.

Bu gün daha 4 min 56 nəfərdə isə Covid-19 aşkarlanıb. Ümumi yoluxma sayı 42 min 282-dir.