Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 2075

Türkiyədə koronavirusdan son sutka ərzində daha 98 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə açıqlayıb. Bununla da Covid-19-dan ölənlərin sayı 1296-ya yüksəlib.

Gün ərzində daha 4 min 93 nəfərdə virus aşkarlanıb (ümumi 61 min 49).  511 xəstə sağalaraq evə buraxılıb (ümumi 3 min 957).