Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1888

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 96 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 251 min 224 COVID-19 testi aparılıb ki, bunun da 20 min 890-ı müsbət çıxıb. Eyni zamanda, 5 min 752 xəstə sağalıb.