Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1084

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 126 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 256 min 163 COVID-19 testi aparılıb ki, bunun da 24 min 832-si müsbət çıxıb. Eyni zamanda, 6 min 243 xəstə sağalıb.