Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 955

Türkiyədə son sutkada COVID-19-dan 262 nəfər ölüb.

"Qafqazinfo" xəbər verir ki, son sutkada 343 142 nəfər test edilib, onların 28 118-nin nəticəsi pozitiv çıxıb.

Son 24 saatda COVID-19-dan 32 249 nəfər sağalıb.