Türkiyədə koronavirusdan ölənlərin sayı daha 123 nəfər artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-daha-123-nefer-artdi
Oxunma sayı: 1263

Türkiyədə koronavirusdan ölənlərin sayı daha 123 nəfər artaraq 2140-a yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə yazıb. Son 24 saat ərzində daha 4674 nəfərdə isə Covid-19 aşkarlanıb. Bununla da ümumi yoluxanların sayı 90 980 olub. 454 nəfər isə sağalıb.

Beləliklə, xəstəliyə qalib gələnlərin sayı 13 430 olub.