Türkiyədə koronavirusdan ölənlərin sayında azalma

turkiyede-koronavirusdan-olenlerin-sayinda-azalma
Oxunma sayı: 1187

Türkiyədə son sutka ərzində koronavirusdan 176 nəfər dünyasını dəyişib, 1 017-si simptomatik olmaqla 9138 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 22 807-yə, bu virusa yoluxanların sayı isə 2 326 256-ya çatıb.

Ümumilikdə 26 milyondan çox test aparılıb.