Türkiyədə koronavirusdan ölüm sayında rekord

turkiyede-koronavirusdan-olum-sayinda-rekord
Oxunma sayı: 2177

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 297 nəfər pandemiyanın qurbanı olub.

Sutkada 318 min 217 koronavirus tesi aparılıb ki, bunun da 61 min 400-ü müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 80-ə çatıb.

Bu gün 54 min 854 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 3 milyon 535 min 40 nəfərə çatıb.