Türkiyədə koronavirusdan ölüm və yoluxma halları azalmaqda davam edir

turkiyede-koronavirusdan-olum-ve-yoluxma-hallari-azalmaqda-davam-edir
Oxunma sayı: 1670

Türkiyədə son sutka ərzində koronavirusdan 48 nəfər dünyasını dəyişib, 1708 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu isə ölkədə Covid-19-dan ölüm və yoluxma sayında əvvəlki günlərlə müqayisədə azalma deməkdir. Türkiyədə ümumilikdə 4055 nəfər dünyasını dəyişib, 146 min 457 nəfər isə koronavirusa yoluxub.

Son 24 saatda 38 min 565 test edilib, 2103 xəstə sağalaraq evə buraxılıb.