Türkiyədə koronavirusdan ölüm və yoluxma sayında kəskin azalma

turkiyede-koronavirusdan-olum-ve-yoluxma-sayinda-keskin-azalma
Oxunma sayı: 2575

Türkiyədə son sutka ərzində koronavirusdan ölənlərin və yoluxanların sayında kəskin azalma müşahidə olunub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, son bir gün ərzində 48 nəfər dünyasını dəyişib, 1848 nəfər isə virusa yoluxub. 3412 xəstə sağalaraq evə buraxılıb.

Beləliklə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3689 nəfər, yoluxanların sayı 135 569 nəfər, sağalanların sayı isə 83 369 nəfərdir.