Türkiyədə koronavirusdan sağalanların sayı 108 mini keçdi

turkiyede-koronavirusdan-sagalanlarin-sayi-108-mini-kecdi
Oxunma sayı: 1408

Türkiyədə son sutka ərzində koronavirusdan 41 nəfər dünyasını dəyişib, 1610 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu isə ölkədə Covid-19-dan ölüm və yoluxma sayında əvvəlki günlərlə müqayisədə azalma deməkdir. Türkiyədə ümumilikdə 4096 nəfər dünyasını dəyişib, 148 min 067 nəfər isə koronavirusa yoluxub.

Son 24 saatda 42 min 236 test edilib, 2004 xəstə sağalaraq evə buraxılıb. Ümumi sağalan xəstələrin sayı 108 min 137-dir.