Türkiyədə koronavirusdan sağalanların sayı artır

turkiyede-koronavirusdan-sagalanlarin-sayi-artir
Oxunma sayı: 1433

Türkiyədə koronavirusa yoluxma və Covid-19-dan ölüm faktı sürətlə azalmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, son sutka ərzində xəstəlikdən 32 nəfər dünyasını dəyişib, 1141 nəfər isə virusa yoluxub. Ölkədə ümumilikdə 4340 nəfər dünyasını dəyişib, 156 827 nəfər xəstəliyə yoluxub.

Son sutka ərzində 1092 nəfər sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı 118 min 694-dür.