Türkiyədə koronavirusla bağlı rəqəmlər azalmaqda davam edir

turkiyede-koronavirusla-bagli-reqemler-azalmaqda-davam-edir
Oxunma sayı: 1478

Türkiyədə koronavirusdan ölənlərin və virusa yoluxanların sayı azalmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, son sutka ərzində 28 nəfər dünyasını dəyişib, 1022 nəfər Covid-19-a yoluxub. Bununla da ölənlərin ümumi sayı 4199, yoluxanların sayı 151 min 615-ə yüksəlib.

Son 24 saatda 1318 xəstə sağalıb ki, bununla da koronavirusdan sağalanların sayı 112 min 895 olub.