Türkiyədə koronavirusla bağlı son statistika

turkiyede-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1612

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 66 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 109 min 639 koronavirus testi aparılıb, onlardan 8 min 424-ü müsbət çıxıb.

Ağır xəstə sayı 1191-dir. 6 min 511 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 572 min 234-ə çatıb.