Türkiyədə koronavirusla bağlı son statistika

turkiyede-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1016

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 60 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 261 min 198 COVID-19 testi aparılıb ki, bunun da 22 min 161-i müsbət çıxıb. Eyni zamanda, 5 min 463 xəstə sağalıb.