Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1611

Türkiyədə son sutka ərzində koronavirusdan 31 nəfər dünyasını dəyişib, 1158 nəfər virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da Covid-19-dan ölüm faktı 4171-ə, yoluxma faktı 150 min 593-ə çatıb.

Son 24 saat ərzində 25 min 141 test edilib, 615 nəfər sağalıb. Bununla da sağalanların sayı 111 min 577 nəfər olub.