Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 2936

Türkiyədə son sutka ərzində koronavirusdan 21 nəfər dünyasını dəyişib, 878 nəfərdə virus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4669, yoluxma faktı 169 min 218 nəfər olub. Gün ərzində 1 922 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 135 min 322-yə çatıb.

Son 24 saatda 35 min 846 test edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi