Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 3030

Türkiyədə son sutka ərzində koronavirusdan 23 nəfər dünyasını dəyişib, 914 nəfərdə virus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4692, yoluxma faktı 170 min 132 nəfər olub. Gün ərzində 2 647 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 137 min 969-a çatıb.

Son 24 saatda 35 min 335 test edilib.