Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2677

Türkiyədə son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib, 1 459 nəfərdə virus aşkarlanıb.

“Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 792, yoluxma faktı 176 min 677 nəfər olub.