Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2547

Türkiyədə son sutka ərzində 1212 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə ümumi yoluxanların sayı 188 min 897-yə, ölənlərin sayı 4 974-ə çatıb.

Bu gün 41 min 413 test edilib. 1293 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə 161 min 533 pasiyent Covid-19-a qalib gəlib.