Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2552

Türkiyədə son sutka ərzində 1492 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə ümumi yoluxanların sayı 191 min 657-yə, ölənlərin sayı 5001-ə çatıb.

Bu gün 53 min 486 test edilib. 1386 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə 164 min 234 pasiyent Covid-19-a qalib gəlib.