Türkiyədə son sutka ərzində koronavirusdan 15 nəfər dünyasını dəyişib, 1 356 nəfərdə virus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 097, yoluxma faktı 197 min 239 nəfər olub. Gün ərzində 1 413 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 170 min 595-ə çatıb.
Son 24 saatda 48 min 309 test edilib.
Son xəbərlər
Son Xəbərlər