Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 3259

Türkiyədə son 24 saatda 19 nəfər dünyasını dəyişib, 1172 nəfərdə Covid-19 aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 186-ya, yoluxanların sayı isə 203 min 456-ya yüksəlib.

1313 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 178 278 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 52 141 test edilib.