Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 3930

Türkiyədə son 24 saatda 20 nəfər dünyasını dəyişib, 1154 nəfərdə Covid-19 aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 206-ya, yoluxanların sayı isə 204 min 610-a yüksəlib.

1214 xəstə isə sağalaraq evə buraxılıb. İndiyədək 179 492 pasiyent Covid-19-a qalib gəlib. Gün ərzində 48 248 test edilib.