Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 3154

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər ölüb, 1008 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19 qurbanlarının sayı 5382-yə, yoluxanların sayı isə 214 min 1-ə yüksəlib.

1156 xəstə sağalaraq evə buraxılıb. Ümumi sağalanların sayı 195 min 671 nəfərdir.