Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2033

Türkiyədə son sutka ərzində daha 1 412 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 254 520-yə, ölənlərin sayı isə 6 058-ə yüksəlib.

Son sutka ərzində 882 xəstə sağalıb. İndiyədək sağalanların sayı 234 797 nəfərdir.