Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2301

Türkiyədə son sutka ərzində daha 1 217 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 258 249-a, ölənlərin sayı isə 6 121-ə yüksəlib.

Son sutka ərzində 795 xəstə sağalıb. İndiyədək sağalanların sayı 237 165 nəfərdir.