Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1701

Türkiyədə son sutka ərzində koronavirusdan 69 nəfər dünyasını dəyişib, 2091 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  9727-ə, yoluxanların sayı isə 359 784-ə çatıb. 

Koronavirusdan sağalanların sayı isə 313 093-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1699 nəfər təşkil edir. 

Ümumilikdə 13 milyondan çox insan test olunub.