Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1527

Türkiyədə son sutka ərzində koronavirusdan 77 nəfər dünyasını dəyişib, 2305 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  10,027-ə, yoluxanların sayı isə 368513-ə çatıb. Ağır xəstələrin sayı 1836 nəfər təşkil edir.

Ümumilikdə 13 milyondan çox (13,606,764) insan test olunub.