Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1060

Türkiyədə son sutka ərzində koronavirusdan 164 nəfər dünyasını dəyişib, 749-u simptomatik olmaqla 5862 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 24161-ə, bu virusa yoluxanların sayı isə 2 392 963-ə çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.