Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1549

Türkiyədə son sutka ərzində koronavirusdan 144 nəfər dünyasını dəyişib, 723-ü simptomatik olmaqla 5856 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 24933-a, bu virusa yoluxanların sayı isə 2,424,328-ə çatıb.

Ümumilikdə 28 milyondan çox insan test olunub.