Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1005

Türkiyədə bu gün koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, 124 nəfər bu virusdan həyatını itirib.

Son 24 saatda 141 min 703 koronavirus testi aparılıb, onlardan 7 min 719-u müsbət çıxıb.

Ağır COVID-19 xəstələrinin sayı 1615 təşkil edir. 8 min 16 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla ümumi sağalanların sayı 2 milyon 370 min 431-ə çatıb.