Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1443

Türkiyədə bu gün koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 110 nəfər virusun qurbanı olub.

142 min 538 COVID-19 testi aparılıb, onlardan 7 min 901-i müsbət çıxıb.

Ağır xəstə sayı 1423 təşkil edir. 8 min 217 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 404 min 416-ya çatıb.