Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1452

Türkiyədə koronavirusla bağlı bu gün müşahidə edilən vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 93 nəfər koronavirusdan ölüb.

Gün ərzində 123 min 305 COVID-19 testi aparılıb, onlardan 7 min 706-sı müsbət çıxıb.

7 min 215 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 468 min 419-a yüksəlib.

Ümumi test sayı 31 milyon 412 min 611-ə çatıb. Yoluxmanın ümumi sayı 2 milyon 579 min 896-dır. Pandemiyadan indiyədək 27 min 377 nəfər ölüb. Ağır xəstə sayı 1235 nəfərdir.